Azərbaycan UNECE ilə İKT və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirə bilər

İKT 25 noy 2023, 11:45
Azərbaycan BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) ilə İKT və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək istəyir.

Demokrat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Ölkəmizdə səfərdə olan UNECE-nin icraçı katibi Tatyana Molçanla görüşdük, İKT və nəqliyyat sahələrində əməkdaşlığın inkişafını müzakirə etdik, bu istiqamətlərdə kadr potensialının artırılması məqsədilə həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top