Azərkosmos Laçında peyk internet platforması quraşdırdı

İKT 22 noy 2023, 16:10
Azərkosmos Laçında “Azconnexus” platforması üzərindən internet xidmətlərini təmin etmək məqsədilə ilk KA diapazonlu anten quraşdırıb.

Bu barədə Demokrat.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məqsəd dağlıq relyefə malik olan Laçın rayonu ərazisində “Azconnexus” peyk interneti sayəsində müasir rəqəmsal xidmətlərə əlçatanlığı təmin etmək və telekommunikasiya sahəsini inkişaf etdirməkdir.

Belə ki, ənənəvi peyk tezlik diapazonlarından daha yüksək ötürmə qabiliyyətinə malik olan KA diapazonu çox kiçik ölçülü antenlər üçün əlverişli əhatə dairəsi yaradır. Bu da internet xidməti provayderləri və telekommunikasiya operatorlarına ucqar və dağlıq ərazilərdə öz şəbəkələrini genişləndirməyə imkan verəcək.

Qeyd edək ki, 2021-ci ildən fəaliyyətə başlayan Azərkosmosun “Azconnexus” platforması fasiləsiz, təhlükəsiz, yüksəksürətli və keyfiyyətli internet xidməti təqdim edir. “Azconnexus” peyk interneti dövlət müəssisələrində, dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, yəni kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatandır. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növləri təqdim edir. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top