Çingiz Abdullayev jurnalisti məhkəməyə verir

HADİSƏ 22 noy 2023, 13:29
Xalq yazıçısı Çingiz Abdullayev ATV telekanalını məhkəməyə verməyə hazırlaşır.

Demokrat.az
xəbər verir ki, bu barədə yazçısı “Qafqazinfo”ya danışıb.

Onun sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyinin hüquqşünası məhkəməyə xüsusi ittiham qaydasında şikayət hazırlayır.

"İddiaçı təşkilat ola bilməz deyə, mənim adımdan yazılacaq. Təzminat 1 manat da olsa, 100 min manat da olsa, almayacağam. Hamısını şəhid ailələri üçün köçürəyəcəyik. Mənə nə o aparıcının, nə də telekanalın pulu lazımdır. Aparıcı danışıb, öz səviyyəsini göstərib”.

Xatırladaq ki, bir müddət əvvəl ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Bu gün isə Audiovizual Şuradan deyilib ki, bu hadisə ilə bağlı ATV-yə irad bildirilib və müvafiq tövsiyələr verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top