Daha bir zəlzələ oldu

HADİSƏ 21 noyabr 2023, 22:20

Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:33-də Quba stansiyasından 28 kilometr şimal-şərqdə Xaçmaz rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top