Qəzza zolağında öldürülən jurnalistlərin sayı 62-yə yüksəldi

DÜNYA 21 noy 2023, 15:18
İsrail oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hücumlarında 6-sı qadın olmaqla 62 jurnalisti öldürüb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi “WAFA” məlumat yayıb.

Məlumata görə, Qəzzanın mərkəzi hissəsindəki El-Beric Qaçqınlar Düşərgəsində və şimalda Beyt Lahiya bölgəsində evləri hədəfə alınan qadın jurnalistlər Ala Tahir əl-Həsanət və Ayət Haddura dünyasını dəyişib.

Bu son itkilərlə İsrailin 7 oktyabrdan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayı 6-sı qadın olmaqla 62-yə yüksəlib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top