Son 33 il ərzində Cənubi Qafqazda yaşananalar, xüsusən Ermənistanın işğalçı mahiyyətindən qaynaqlanan, Azərbaycanla 30 il davam etmiş münaqişə və çoxsaylı itkilərə görə birbaşa məsuliyyət daşıyan beynəlxalq subyektlərdən biri, bəlkə də, birincisi ABŞ-dir.
Əslində, Vaşinqtonun regionda təxribatçı fəaliyyətləri ötən əsrin 80-ci illərinin sonlarından, Qorbaçovla əlbir formada başlanıb. Daha dəqiq desək, Ağ Ev və Qorbaçovun dil tapdığı məqamlardan biri məhz erməni məsələsi idi. Qorbaçov erməni amilinə Azərbaycan xalqını Heydər Əliyevin rəhbərliyi altında yenidən dirçəlməyəcəyi qədər əzmək üçün alət kimi baxırdı və bu prosesdə yenidənqurma çərçivəsində qeydiyyatdan keçirdiyi “Xalq cəbhəsi”ndən istifadə edirdi. Vaşinqton isə postsovet periodunda sərvətlərlə zəngin Cənubi Qafqazda möhkəmlənə bilmək üçün ermənilərə dayaq kimi baxırdı.
Təsadüfi deyil ki, hələ 18 yanvar 1990-cı ildə bir qrup amerikalı senator Qorbaçova müraciət edərək azərbaycanlıların ermənilərə qarşı qırğın və talanlarına son qoyulması, Qarabağ xalqının SSRİ çərçivəsində öz siyasi və mədəni müqəddəratını müəyyən etməsini tələb edirdi. Cəmi bir gün sonra, yanvarın 19-da həmin senatorlar, Senatın Xarici əlaqələr komitəsinin sədri Kleyborn Pellin rəhbərliyi altında artıq SSRİ xarici işlər naziri Şevarnadze ilə görüşərək Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyü barədə təkid etdilər. Maraqlıdır ki, öz mövqelərini insan haqları amili ilə əlaqələndirən senatorlar 20 yanvar hadisələrində hələ də Moskvada olsalar da, Bakıdakı qırğınlar barədə, sonrakı dövrlər, Xocalı, Meşəli, Qaradağlı qırğınlarına susduqları kimi susmağa üstünlük verdilər.
Terrorla mübarizə adı altında 10 min kilometrlərlə yol qət edib ölkələri yerlə-yeksan edən Vaşinqtonun Ermənistanın cinayətləri qarşısında kor, kar və lal simasına 30 il şahidlik etdik. Üstəlik, ABŞ 1992-ci ildə məhz işğalçıya dəstək niyyəti ilə Azərbaycana dövlət yardımını qadağan edən Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi qəbul edərək, illər ərzində vasitəçilik missiyası altında bölgədə işğal və separatizmə açıq dəstək verdi.
Maraqlıdır ki, münaqişə dönəmində ABŞ-Azərbaycan münasibətləri bir qayda olaraq rəvan şəkildə inkişaf edib, lakin Azərbaycanın qalib gələrək beynəlxalq hüququn aliliyini təmin etməsi ilə ABŞ valı dəyişdi və Azərbaycana ittihamlar yağmağa başladı. Bu gün rəsmi Vaşinqton Azərbaycanı beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq öz ərazilərini işğaldan azad etməkdə, sərhəd bütövlüyünün təmin olunması və separatizmə son qoyaraq bütün ölkə ərazisində konstitusiya quruluşunu bərqərar etməkdə günahlandırır.
Üstəlik, əgər əvvəllər bu hücumlar ABŞ-nin Dövlət Departamentinə bağlı QHT-lər və media qurumları, hökuməti təmsil etməyən nümayəndələr vasitəsilə olunurdusa, artıq birbaşa Hökumət rəsmilərinin kəskin ritorikasına şahidlik etməkdəyik.
Görünən odur ki, ABŞ də Fransa kimi regionda münaqişəyə və separatizmin mövcudluğuna özünün mümkün təsir rıçağı kimi baxırmış. Yəni əslində Vaşinqton 30 il ərzində bölgədə münaqişənin davamlılığını təmin etmək üçün vasitəçilik missiyası ilə pərdələnibmiş və cənab İlham Əliyevin bu qəbuledilməz status-kvoya ABŞ-nin gözləmədiyi halda son qoyması Vaşinqtonun "maraqlarına" zidd olub. İndi isə ABŞ-nin 907-ci düzəlişlə bağlı manipulyasiyaları bu qeyri-sağlam niyyətlərin inikasıdır.
Əgər Vaşinqton bu tip ritorika ilə Cənubi Qafqazda öz "maraqlarını" müdafiə etdiyini düşünürsə, ciddi şəkildə yanılır. Azərbaycan kiməsə möhtac, kiminsə yardımlarından asılı beynəlxalq subyekt deyil, Azərbaycan müstəqil hərbi-siyasi və suveren iqtisadi gücdür. Əksinə, regionda maraqlarını təmin etmək üçün, region ölkələri ilə əlaqələrini stabil və təhlükəsiz formada reallaşdırmaq üçün bu bölgədə ABŞ Azərbaycana möhtacdır.
Biz ümumbəşəri dəyərlərə sadiq olaraq başqa dövlətlərlə, o cümlədən ABŞ ilə münasibətləri hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında qururuq. Amma əgər Vaşinqton beynəlxalq hüquqa ikinci dərəcəli amil kimi baxırsa, bizim davranışlarımız da buna müvafiq olacaq.
Cənab İlham Əliyev Vaşinqtona Cənubi Qafqazda Əfqanıstan və İraqdakı xarabalıqlar üzərində ucalan “demokratiya” təsis etməyə, Əbu-Qüreyb, Quantanama nümunəsi ilə bizə insan haqları dərsi keçməyə, Ukrayna misalı bölgəni çıxılmaz bataqlıq dalanına çevirməyə imkan verməyəcək. Görmüsünüzmü ki, Vaşinqton bir dəfə də olsun Ukraynada atəşkəs çağırışı etsin? Etməyib, etməyəcək də, çünki ABŞ yalnız münaqişələr üzərinə qüdrət sahibidir və cənab İlham Əliyev bölgədə münaqişə ocağını söndürməklə əslində çökməkdə olan ABŞ imperializminin çırağını söndürmüş oldu. Bu gün artıq Azərbaycan və Ermənistan arasında münaqişə yoxdur, əli münaqişədən üzülən Vaşinqton isə BMT TŞ-nin daimi üzvü kimi öhdəliklərini bir kənara atıb, Azərbaycan və Ermənistan arasında sülh prosesi qarşısında əsas maneə kimi çıxış etməkdədir.
Bəhruz Məhərrəmov
Millət vəkili