Prezidentin təltif etdiyi Aynur Sabitova kimdir? — DOSYE

GÜNDƏM 21 noy 2023, 14:10
Prezident İlham Əliyev Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup şəxsi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edib.

Modern.az-ın məlumatına görə, təltif olunanlar arasında Ədliyyə Nazirliyi İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi, ədliyyə müşaviri Aynur Sabitova da var.

Aynur Zakir qızı Sabitova 28 may 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhəri 53 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis-alman dilləri fakültəsinə qəbul olunub. 1997-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurub.

A.Sabitova 1997-ci ildən Dillər İnstitutunun İngilis dilinin tərcüməsi kafedrasında müəllim vəzifəsində əmək fəaliyyətinə başlayıb.

Pedaqoji fəaliyyətlə yanaşı, 2012-ci ildə Ədliyyə qulluğuna qəbul olunaraq müxtəlif məsul vəzifələrdə çalışıb. 

2018-ci ilin dekabrında isə Ədliyyə Nazirliyinin aparatına irəli çəkilərək İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi vəzifəsinə təyin olunub. 

Hazırda ədliyyə müşaviri xüsusi rütbəsini daşıyan A.Sabitova bu mühüm və məsuliyyətli vəzifədə uğurla çalışaraq dövlətimizin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmin olunmasında, ölkə ictimaiyyəti, o cümlədən vətəndaş cəmiyyəti, ayrı-ayrı dövlət təsisatları və beynəlxalq qurumlarla ədliyyə sahəsində sıx kommunikasiyanın həyata keçirilməsində, əhalinin hüquqi biliklərinin artırılması və maariflənməsi işində yaxından iştirak edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top