"Barselona" Neymar transferində israrlıdır

İDMAN 15 avq 2019, 13:00

İspaniya nəhəngi “Barselona” Neymarı komandaya qaytarmaqda israrlıdır.

 

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu bu dəfə braziliyalı superulduzu transfer etmək üçün 100 milyon avro və Filippe Koutinyonu təklif edib.

 

Lakin Fransa çempionu PSJ yeni təkliflə razı deyil. Belə ki, Paris klubu bundan əvvəl Neymarı geri vermək üçün Koutinyodan əlavə Nelson Semedonu da istədiyini bildirib.

 

 

Xatırladaq ki, Neymar 2017-ci ildə planetin ən bahalı futbolçusu kimi “Barselona”dan PSJ-yə transfer olunmuşdu. Onun keçidi  222 milyon avroya başa gəlmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top