Hindistanda 41 işçi günlərdir tuneldə qalıb

DÜNYA 20 noy 2023, 20:59
Hindistanda qismən çökmüş tuneldə qalan işçiləri hələ də xilas etmək mümkün olmayıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, xilasetmə qrupları 9 gündür tuneldə xilas olunmağı gözləyən işçiləri çıxarmaq üçün yeni quyu qazmağa hazırlaşır.

Qeyd edək ki, Uttarakhand ştatında yol tikintisi zamanı baş verən torpaq sürüşməsi tunelin 41 işçinin işlədiyi hissəsinin uçmasına səbəb olub. 

Noyabrın 12-dən bəri sıxışdıqları tuneldə işçilər xilas olunmağı gözləyirlər.

Lakin dağıntıların düşməsi və kritik ağır qazma qurğularının təkrar sıradan çıxması nəticəsində xilasetmə işləri ləngiyib və iki dəfə yeni avadanlıq alınmalı olub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top