Bu gün Ağdam rayonunun işğaldan azad olunmasından üç il ötür. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra noyabrın 20-də üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu Azərbaycana qaytarıldı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, 20 noyabr tarixi Ağdam Şəhəri Günü elan edilib.
Əlamətdar gün münasibətilə jurnalist Asəf Quliyevin təəssüratlarını öyrəndik:
“Sözsüz ki, 44 günlük Vətən müharibəsinin məntiqi nəticəsi olaraq Ağdamın da işğaldan azad olunması həyatımın ən sevincli anıdır. Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayanda çoxları Ağdamın azad edilməsi perspektivləri barədə soruşanda cavab verirdim ki, Ağdam döyüşsüz alınacaq. Təbii ki, böyük mənada Ağdam da, Kəlbəcər də, Laçın da döyüşsüz azad olunsa da, bunun səbəbi 44 günlük müharibə idi. Amma həm Ağdamın təbii-coğrafi mövqeyinə bələd olan adam kimi, həm də son illər Qarabağ münaqişəsinin müxtəlif aspektlərini araşdıran jurnalist kimi Ağdamın döyüşsüz alınacağı qənaətində idim.
Birincisi ona görə ki, münaqişə zonasında ən çox mina məhz Ağdamda basdırılıb. İkincisi Ağdama daxil olan zaman sağ və sol cinahlardakı yüksəkliklər ermənilərin nəzarətində idi. Belə bir döyüş olsaydı, bu çox qanlı döyüş olacaqdı. Və əlbəttə ki, Azərbaycanın dəqiq hazırlanmış hərbi əməliyyat planının müəllifləri də bu həqiqəti yaxşı bilirdi.
Ermənilərsə Azərbaycan ordusunu məhz Ağdamdan gözləyirdi. Çünki separatizm yuvasının mərkəzinə ən yaxın yol məhz Ağdamdan keçirdi
Bütün bunlar arxada qaldı. Artıq Ağdam da azaddır, separatizmin mərkəzində də Azərbaycan bayrağı dalğalanır.
İndi əsas vəzifə Ağdamı və işğaldan azad olunmuş digər yurd yerlərimizi bərpa etməkdir. Bu yöndə çox ciddi işlər gedir. Əminəm ki, biz yenidən çox gözəl bir Ağdam tikəcəyik.
Amma Ağdamı tikmək azdır. Ağdamın ruhunu Ağdama qaytarmaq lazımdır. Bu isə insanlardan, yəni bizdən asılıdır.Və unutmayaq ki, Ağdamın da, Şuşanın da, digər yurd yerlərinin də əsas zinəti insanlardır”.
Törə Zeynallı
Demokrat.az