İsrail Qəzzada yaşayış məntəqələrini vurdu: 30 ölü

GÜNDƏM 20 noyabr 2023, 19:42
İsrail Qəzza zolağında yaşayış məntəqələrinə hücumlarını davam etdirir. Müxtəlif nöqtələrdə həyata keçirilən hücumlarda 30 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Məlumata əsasən, İsrailin blokada altındakı Qəzza zolağına hücumları 45 gündür ki, davam edir. 

İsrail ordusunun yenidən yaşayış məntəqələrini hədəf alması nəticəsində onlarla mülki vətəndaş həyatını itirib, çoxlu sayda ev dağılıb.

Qəzza zolağının mərkəzindəki Qaçqınlar Düşərgəsində Dərviş ailəsinə məxsus evə edilən hücumda 8 nəfər həyatını itirib, dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb. 

Düşərgədəki Muhaymar ailəsinin evinə İsrail döyüş təyyarələrinin hücumu nəticəsində 14 nəfərin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı qeyd edilib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 5500-ü uşaq olmaqla 13 minə yüksəlib.


Aysu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top