BBC İsraildən üzr istədi — VİDEO

DÜNYA 16 noy 2023, 08:45
Britaniyanın BBC telekanalının efirində aparıcılardan biri İsrail ordusunun Qəzza zolağında yerləşən "Əl Şəfa" xəstəxanasına daxil olan zaman tibb işçilərini və ərəb dilində danışanları hədəf aldığını bildirib.

Demokrat.az
xəbər verir ki, kanal daha sonra bu iddiaya görə üzr istəyib.

“Reuters” agentliyində dərc edilən məlumatda isə bildirilib ki, İsrail hərbçiləri xəstəxanaya xüsusi təlim keçmiş tibbi işçiləri və ərəb dilli əsgərlərin müşayiəti ilə daxil olub.

Məlumatın yayılmasının ardınca BBC yanlış məlumat yaydığına görə izləyicilərdən və İsraildən üzr istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top