Bu Ferrari rekord qiymətə satıldı

AVTO 15 noy 2023, 15:05
1962-ci il istehsalı olan Ferrari avtomobili ABŞ-da keçirilən hərracda rekord qiymətə müştəri tapıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, ABŞ-da “Sotheby” hərrac evinin satışa çıxardığı 1962 model Ferrari 250 GTO 51,7 milyon dollara (təxminən 1,5 milyard TL) alıcı tapıb.

Qırmızı idman avtomobilinin ABŞ-da son 38 ildə saxlanılan kolleksiyanın bir hissəsi olduğunu bildirən hərrac evi avtomobilin hərracda satılan ən bahalı Ferrari və ikinci ən bahalı avtomobil olduğunu açıqlayıb.

Qeyd edək ki, ən bahalı avtomobil rekordu 2022-ci ildə 135 milyon avroya satılan “Mercedes 300 SLR Uhlenhaut Coupe”ə məxsusdur.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top