“WhatsApp” tətbiqində daha bir YENİLİK

İKT 14 noyabr 2023, 20:10
“WhatsApp” yeni funksiyalarını təqdim etməyə davam edir. 

Demokrat.az xəbər verir ki, bu barədə “Meta” şirkəti məlumat yayıb.

Bildirilib ki, tətbiq qrup mesajlaşması ilə bağlı yeni funksiya üzərində işi başa çatdırmaq üzrədir. 

Tətbiqdəki yenilik böyük qruplar üçün səsli söhbət funksiyasıdır. 

“Discord” tətbiqi kimi bir infrastrukturla işləyəcək bu xüsusiyyət istifadəçilərə rahatlıq təmin etmək məqsədi daşıyır. Yeni funksiya ilə 33 və ya daha çox nəfərdən ibarət qruplarda səsli söhbət etmək mümkün olacaq.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 may 2025, 14:25
Top