Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar saxlanıldı

HADİSƏ 13 noy 2023, 17:12
Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar cəzalandırılıb.

Bu barədə Demokrat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən Küveyt vətəndaşları saxlanılıb.

Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top