"Həmin hadisədən sonra anam özünü itirdi"

ŞOU-BİZNES 06 noy 2023, 21:54
"Nənəm uşaqlıqdan hər zaman yanımda olub. O rəhmətə gedəndən sonra sanki həyatımdan bir parça getdi. Hər zaman nənəmlə birlikdə qalmışam. Anam yanımıza gəlib-gedirdi. Nənəmlə yaşamışam. Ən çox nənəmi məktəbə gedən illərdə xatırlayıram. Dərslərimə kömək edirdi. Məni məktəbə nənəm aparıb, gətirirdi. Yanımda olurdu. Nənəm üçün çox darıxıram".

Axşam.az xəbər verir ki, bu sözləri hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suel "Günaydın, Azərbaycan" proqramında deyib. O, nənəsi İradə Səmədovadan danışaraq, ona uşaqlıqda Təranənin anasının baxdığını deyib:

"Çox darıxıram nənəm üçün. Anam da bilirdi ki, nənəmi ondan daha çox istəyirdim. Çünki gözümü açandan nənəmi görmüşdüm. Mənim üçün nənəmi itirmək çox ağır oldu. Nənəm sağ olsaydı, o qoymazdı nə bizim, nə anamın başına bunlar gəlsin. Nənəm anamın başında bir dilək idi. Nənəm rəhmətə gedəndən sonra anam özünü itirdi. Bir dəfə nənəm yuxuma girdi, dedi ki, görürsən, mən sənə demişdim belə olacaq. Nənəm mənimlə dalaşandan sonra deyirdi ki, öləndən sonra qədrimi biləcəksən. Bir dəfə yuxuma gəlmişdi. O çox pis kədərlənmişdi. Söylədi ki, mən sənə demişdim axı ölsəm, sən belə olacaqsan. O bilirdi ki, hər şeyin axırı elə məhz belə olacaq. Nənəm məni hamıdan qoruyurdu. Hər zaman məni gözünün üstündə saxlayırdı. Nənəmin mənə son sözü “özünə yaxşı bax” oldu. O elə bu sözlərdən sonra 5-10 dəqiqə keçdi və dünyasını dəyişdi. Bacım Adel nənəmi görməyib. Kaş o da nənə sevgisini görərdi". 

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.  

2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı. Hazırda Suel müğənni Rəqsanə İsmayılovanın bacısı Adel isə Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top