Türk lirəsinin ucuzlaşması azərbaycanlılara necə təsir edəcək? — VİDEO

SOSİAL 03 noy 2023, 23:10
“Türk lirəsinin ucuzlaşması qısa müddət üçün Azərbaycan vətəndaşlarına xeyirli olacaq”.

Xezerxeber.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

O qeyd edib ki, hazırda 1 türk lirəsi 6 qəpikdən də ucuzdur.

Ekspertin sözlərinə görə, lirənin ucuzlaşması hələ bir müddət də davam edəcək.

Rəşad Həsənov bildirib ki, lirənin ucuzlaşmasının Azərbaycan üçün qısa müddətli xeyirləri var:

“Bu ucuzlaşma Türkiyəyə səyahət edənlər üçün ucuz gəzinti, fərdi istehlakçılar üçün isə əlverişli alış şəraiti yaradır. Amma orta və uzunmüddətli perspektivdə bunun mənfi təsirləri olacaq”.

Ekspert hesab edir ki, Azərbaycanın ticarət tərəfdaşının valyutasının dəyərdən düşməsi həmin ölkədən bizə idxal olunan məhsulların qiymətinə təsir etmir:

“Bunun səbəbi isə bazarın kifayət qədər liberal olmamasıdır”.

Rəşad Həsənov bildirib ki, bu vəziyyətdə idxaldan fərqli olaraq hazırda Azərbaycandan Türkiyəyə məhsul ixrac edənlər zərər görürlər:

“Çünki, Azərbaycan sabit məzənnə siyasəti həyata keçirir. Azərbaycandan Türkiyəyə ixrac olunan məhsulların qardaş ölkədəki məhsullarla rəqabət aparmaq imkanı da aşağı düşür”.

Ətraflı süjetdə:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top