Növbəti il üçün yaşayış minimumunun məbləği AÇIQLANDI

MALİYYƏ 01 noy 2023, 23:45
Növbəti il üçün yaşayış minimumunun məbləği məlum olub.

Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanuna əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top