YAP Xətai rayon təşkilatı inşa yazı müsabiqəsinə və şahmat turnirinə start verdi

SOSİAL 30 okt 2023, 17:50
44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən üç il keçir.

Demokrat.az
bildirir ki, bu münasibətilə müxtəlif səpkili tədbirlər təşkil olunur. Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı da Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirir. Zəfər Günü münasibətilə  Xətai rayon məktəbliləri  arasında təşkil olunan "Zəfər zirvəsinə yüksələn qəhrəmanlar" mövzusunda inşa yazı müsabiqəsi və şahmat turniri də bu tərkibdəndir.

İnşa yazı müsabiqəsinin və şahmat turnirinin qalibləri 6 noyabr 2023-cü il tarixində  YAP Xətai rayon təşkilatında diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top