Bakıda kafedə gənclər arasında dava — TƏFƏRRÜAT

KRİMİNAL 30 okt 2023, 16:19
Bakının Xəzər rayonunda 1998-ci il təvəllüdlü İlkin münaqişə zamanı Eldara xəsarət yetirilib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 2-də, saat 20 radələrində Xəzər rayonu,Türkan qəsəbəsi üzümçülük sovxozunda baş verib. 
İlkin “Gümüş” adı ilə fəaliyyət göstərən kafedə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəktələr edib. O, Eldarla sözlə mübahisə edib. 

Daha sonra mübahisənin davamı olaraq kafenin həyətinə çıxıb və Eldarın bədən nahiyyəsinə təpik və yumruqları ilə qəsdən vurub.
Hadisəni törədən İlkinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yanvarın 2-də Türkan qəsəbəsi üzümçülük sovxozunda yerləşən “Gümüş” adı ilə fəaliyyət göstərən kafedə yemək yeməyə gedib: “Orada olan zaman kafedə məndən başqa tanımadığım müştərilər də olub. Həmin müştərilərdən olan, sonradan adının Eldar olduğunu bildiyim şəxslə mübahisə etdik. Eldarın yanında qardaşı da olub. Bizim mübahisəmiz ilk öncə kafenin daxilində sözlə oldu. Sonra kafenin həyətinə çıxdıq və orada qarşılıqlı dava-dalaş baş verdi. Dava-dalaşda Eldar məni, mən də Eldarı vurdum. Sonra ora toplaşan şəxslər bizi araladılar. Biz də oradan getdik. Mübahisə zamanı  heç bir xəsarət almamışam və tibbi muayinədən keçməkdən imtina etmişəm”. 

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş Eldarı əvvəllər tanımayıb, Astara rayonundan olmaqla həmkəndlidirlər. O qeyd edib ki, zərərçəkmiş şəxs ilə onun heç bir davəti, eləcə də düşmənçiliyi olmayıb. 

İş üzrə zərərçəkmiş Eldarın sözlərinə görə, qardaşı ilə yemək yeyib və spirtli içki qəbul edən zaman orada olan digər İlkin adlı müştəri ilə aralarında mübahisə yaranıb: “Mübahisəyə səbəb İlkin olub. İlkin mənə zaraftyana söz atdı. Mənimlə zarafat etməsi xoşuma gəlmədi. Həmin zaman kafedə aramızda sözlə mübahisə yarandı. İlkin məni yumuruqla vurdu. Sonra isə kafedən çölə həyətə çıxdıq. Orada olan müştərilər, eləcədə qardaşı bizi ayırmağa çalışırdı. Buna baxmayaraq kafenin həyətində də, bir-birimizə yumuruq və təpik vurmağa başladıq. Sonra isə orada olan tanımadığım şəxslər bizi araladı”. 

Zərərçəkmiş qeyd edib ki, bundan sonra o, bu hadisə barədə polisə məlumat verib və aldığı xəsarətə görə tibbi ekspertizadan keçib. 

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlkin 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin yaşadığı Astara rayonu, Ojakərən kəndi, fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetiriməsin tapşırılıb. 
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top