"Baku TV" peyk yayımına BAŞLADI

İKT 30 oktyabr 2023, 16:00
2018-ci ildə təsis edilmiş "Baku TV" internet televiziya kanalı "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.

Bu barədə Demokrat.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") istinadən xəbər verir.

Xatırladaq ki, ölkəmizin əksər telekanalları, o cümlədən "AzTV", "CBC Sport", "CBC Azerbaijan", "İdman Azərbaycan", "İctimai TV", "ATV", "Real TV", "Space TV", "MTV Azerbaijan" 2013-cü ildə orbitə buraxılmış "Azerspace-1" telekommunikasiya peyki vasitəsi ilə yayımlanmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 may 2025, 14:25
Top