"Tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq genişləndirilir"

İKT 26 oktyabr 2023, 10:39
Azərbaycan tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığı genişləndirir.

Demokrat.az
xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında bildirib.

"Prezident İlham Əliyevin fərmanına uyğun olaraq Azərbaycanda Milli Kibermərkəzin qurulması istiqamətində iş həyata keçirilir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və kibertəhdidlərə qarşı mübarizə işinin təşkili yönündə tərəfdaş ölkələrin xüsusi xidmət orqanları və kibertəhdidlərə qarşı mübarizə sahəsində qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndirilir. Bütün bunlar milli kiberməkanın müdafiə qabiliyyətinin artırılmasına, qlobal kiberməkanda mövqeyimizin güclənməsinə xidmət edir", - deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 may 2025, 12:22
10 may 2025, 11:56
Top