Avtomobil yük maşınına çırpıldı: Ölənlər var

REGİON 25 okt 2023, 21:00
Türkiyədə idarəetməni itirən sürücü minik avtomobilini arxadan gələn yük maşınına çırpıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Hatay vilayətində baş verib.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və polis qrupları gəlib. 

Qəzada 2 nəfərin dünyasını dəyişdiyi müəyyən edilib. 

Qəza ilə əlaqədar istintaq başladılıb, araşdırmalar davam etdirilir.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top