Hakan Fidan küveytli həmkarı ilə görüşdü

DÜNYA 18 okt 2023, 22:50
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ciddədə Küveytin xarici işlər naziri Şeyx Səlim Abdullah Əl-Cabir Es-Sabah ilə görüşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının Açıq İştirakçılıq İcraiyyə Komitəsinin iclasında iştirak etmək üçün gəldiyi Ciddədə də ikitərəfli görüşlər keçirib. 

Nazir bu çərçivədə Küveytin xarici işlər naziri Şeyx Səlim Abdullah Əl-Cabir Es-Sabah ilə görüşüb.

Qeyd edək ki, görüşün təfərrüatları açıqlanmayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top