Fransanın paytaxtı Parisdən təxminən 20 kilometr cənubda yerləşən Versal sarayında bomba xəbərdarlığı edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Saray rəsmiləri məlumat verib.
Bildirilib ki, bomba həyəcanı səbəbilə boşaldılan saray gün boyunca bağlı qalacaq:
"Təhlükəsizlik səbəbi ilə Versal Sarayı ziyarətçilərini təxliyə edir və bu gün üçün qapılarını bağlayır. Anlayışınız üçün təşəkkür edirik".
Qeyd edək ki, Parisdəki Luvr muzeyi də bomba təhlükəsi səbəbindən şənbə günü boşaldılıb. Polisin apardığı axtarışlar zamanı bomba izinə rast gəlinməyib.
Aysu
Demokrat.az