“Qarabağın turizm potensialı digər turizm zonalarını üstələyəcək” — Ekspert

TURİZM 17 oktyabr 2023, 12:36
"Tuğ, Daşaltı və Hadrutda turizm infrastrukturunun layihəsi hazırlanır. Növbəti mərhələdə turizm üçün əlverişli olan digər ərazilərdə də bu işlərə başlanılacaq".

Demokrat.az
xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında bildirib.

Məsələ ilə bağlı turizm eksperti Cabir Dövlətzadə Demokrat.az-a açıqlamasında deyib ki, Hadrud, Şuşa, Kəlbəcər, Laçın kimi təbii gözəllikləri ilə seçilən zonalarda turizmin inkişafı üçün böyük potensial var.

Onun sözlərinə görə, Qarabağ ərazisi kəşfedilməmiş zonadır və turistlər belə yerlərə səyahət etməkdə maraqlıdırlar:

“Qarabağın turizm potensialı gələcəkdə digər turizm zonalarını üstələyəcək. Dağlarından, meşələrindən tutumuş, havasına qədər əsrarəngiz yerlərdir. Xaricdə Qarabağın turizm potensialının nümayiş etdirilməsi oraya turist axınını gücləndirəcək. Füzuli və Zəngilanda hava limanlarının olması turist səfərlərini asanlaşdıracaq. Ərazinin töhlükəsizliyi tam təmin edildikdən sonra əvvəlcə daxili turizmi inkişaf etdirmək, sonra isə xarici turist axınını gücləndirmək olar. Dünya təcrübəsi onu göstərir ki, turistlər hər zaman ənənəvi səyahət nöqtələrindən daha çox kəşf edilməmiş yerlərə maraq göstərirlər”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top