Yevlaxda avtomobil aşdı: Xəsarət alanlar var

HADİSƏ 16 okt 2023, 09:10
Yevlax rayonu Əkşəmkənd ərazisində minik avtomobili aşıb, xəsarət alanlar var.

Demokrat.az
xəbər verir ki, hərəkətdə olan "KİA" markalı avtomobil idarəetmədən çıxaraq öncə elektrik dirəyinə çırpılıb, daha sonra aşıb.

Qəza nəticəsində Yevlax rayon sakinləri - 1991-ci il təvəllüdlü Ələddin Verdiyev və 1994-cü il təvəllüdlü Rəvan İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top