"Neftçi"nin sabiq prezidenti Bolqarıstan - Kosovo oyununa təyinat alıb

İDMAN 14 okt 2023, 16:30
"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.

"Report" xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət AVRO-2025-in seçmə mərhələsində keçiriləcək Bolqarıstan - Kosovo matçında UEFA nümayəndəsi olacaq.

Oktyabrın 17-də Sofiyada reallaşacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top