Abşeron rayonunda 1984-cü il təvəllüdlü Yusif aralarında yaranan münaqişə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 12-də baş verib. Yusif həmin gün, saat 19 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Səbinə ilə onun işlədiyi Abşeron rayon mərkəzi Xəstəxanasından evə həmişəki vaxtdan gec gəlməsi ilə bağlı onun irad bildirməsi səbəbindən ailə daxili münasibətlər zəminində aralarında mübahisə yaranıb.
Yusif aralarında yaranmış narazılıq üstündə mübahisə edərək Səbinənin üzərinə hücum edib, yumruq və şillə ilə onun sifət, təpiklə isə bədən nahiyələrinə qəsdən zərbələr vurub.
Hadisəni törədən Yusifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yusif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu söyləyib.
İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, Yusiflə 2006-cı ildə ailə həyatı qurub, birgə nigahdan iki övladları var: “Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son vaxtlar Yusif əsassız yerə mənimlə mübahisə edir. Hadisə baş verən günü, saat 19 radələrində işdən evə gəldim. Həmin vaxt Yusif mənə işlədiyim tibb müəssisindən evə həmişəki vaxt deyil, bir qədər gec gəlməyimi dedi. Mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Yusif yumruqla sifətimə, təpiklə isə bədənimin müxtəlif nahiyələrinə vuraraq məni döydü. Daha sonra isə məni evdən qovdu”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Yusifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az