Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2445 nəfərə çatıb

DÜNYA 09 okt 2023, 08:36
Əfqanıstanın qərbində və qonşu əyalətlərdə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2 445 nəfərə çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Heratdan “Sinxua” agentliyi məlumat yayıb.

Herat əyalətinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin direktoru Mavlavi Aşarinin sözlərinə görə, ən çox zərər çəkmiş ərazi Herat rayonunda 13 kənd tamamilə dağılıb.

Çinin Seysmoloji Mərkəzinin məlumatına görə, şənbə günü Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top