İsraildə terrorçuların hücumu nəticəsində azı 350 nəfər ölüb

DÜNYA 08 okt 2023, 12:14
İsraildə Fələstinin HƏMƏS (Hərəkət əl-Müqavəmə Əl-İslamiyyə) terror təşkilatının hücumu nəticəsində azı 350 nəfər ölüb, 1 864 nəfər yaralanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Qızıl Qalxan Cəmiyyəti məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top