Türkiyədə daha bir zəlzələ baş verdi

DÜNYA 05 oktyabr 2023, 21:40
Türkiyənin Kahramanmaraş vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

Demokrat.az
xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.

Məlumata əsasən, zəlzələ Kahramanmaraşın Onikişubat rayonunda qeydə alınıb.

Saat 18.23-də baş verən zəlzələ yerin 11.03 kilometr dərinliyində hiss olunub.

Qeyd edək ki, zəlzələ nəticəsində dağıntı və ya itki hadisəsi baş verməyib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 may 2025, 14:25
Top