Bakıda 6-cı mərtəbədən yıxılan qadın sağ qalıb - FOTO

HADİSƏ 03 avq 2019, 09:32

Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.

 

Demokrat.az report-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.

 

Ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

 

Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 may 2024, 17:51
Top