İrina Şeyk anası ilə uşaqlıq fotosunu paylaşdı — FOTO

ŞOU-BİZNES 12 may 2024, 14:57
Bu gün dünya Beynəlxalq Analar Gününü qeyd edir.

Bu münasibətlə ulduzlar təsirli şəkillər paylaşırlar.

İrina Şeyk də istisna deyil. O, sosial şəbəkədə anası ilə arxiv fotosunu izləyiciləri ilə bölüşüb.

Supermodelin anası Olqaya inanılmaz dərəcədə bənzəməsi heç kimin diqqətindən qaçmayıb.
Xatırladaq ki, İrina Şeyk Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində anadan olub. Onun anası rus, atası tatardır. Modelin Tatyana adlı böyük bacısı da var. Valeri Şeyxülislamov mədəndə işləyib. O, İrina cəmi 14 yaşında olarkən ağciyər xərçəngindən vəfat edib. Olqa musiqi müəllimi işləyib. 2005-ci ildə model ABŞ-yə köçüb.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top