Kürdəmirdə həmkəndlilər arasında dava düşdü: Xəsarət alanlar var

HADİSƏ 29 sen 2023, 22:40
Kürdəmirdə həmkəndlilər arasında dava düşüb, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Dava zamanı kənd sakinləri 24 yaşlı İmran Sarvan oğlu Usubov və 30 yaşlı Şirxan Kamran oğlu Mürşüdov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top