Mehdiabadda “Qədim şəhər” restoranının inzibatçısı bıçaqlandı — TƏFƏRRÜAT

HADİSƏ 26 sentyabr 2023, 13:21
Abşeron rayonunda 1990-cı il təvəllüdlü Əliəkbər tanışı Ramili bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əliəkbər 20 iyul 2022-ci ildə, saat 14 radələrində işlədiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “avtoyuma” məntəqəsinin və “Qədim şəhər” restoranının qarşısında əvvəllər tanıdığı həmin restoranda inzibatçı işləyən Ramilin restoranda inzibatçı işləməsinə baxmayaraq avtoyuma məntəqəsindəki işlərə qarışmasına görə narazılığınn bildirib. 

Onlar mübahisə etməyə başlayıb və həmin zaman Ramil onun ünvanına nalayiq söyüşlər söyüb. Əliəkbər ona qarşı nalayiq söyüş söyməməsi barədə Ramili xəbərdar etsə də, Ramil yenə də onun ünvanına nalayiq söyüşlər söydüyünə görə “avtoyuma” məntəqəsindən götürdüyü bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurub. 

Hadisəni törədən Əliəkbərin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əliəkbər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Mehdiabad qəsəbəsində 28 may küçəsində “Avtoyııma” məntəqəsində avtomaşınları yumaqla çalışır: “Zərərçəkmiş Ramil işlədiyim
“Avtoyuma” məntəqəsi ilə qonşuluqda yerləşən “Qədim şəhər” restoranında inzibatçı işləyir. Hər iki obyekt Mehdiabad qəsəbə sakini Natiq Mikayılova məxsusdur. Ramil uzun müddətdir ki, tanımaqla həmişə mehriban olmuşuq. Lakin hadisədən əvvəl, Ramin mənim işimə qarışdı. Ramil bir neçə dəfə iş yerimə gəldi və bildirdi ki, mənim işimə də nəzarət ona tapşırılıb. Məndən gördüyüm işin hesabatını istədi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 20 iyul 2022-ci ildə, saat 14 radələrində Ramin yenə də onun iş yerinə gəlib və bir gün əvvəl ayaqaltı xalçalarını təmizlədiyi “VAZ 2107” markalı maşının sürücüsündən aldığı pulu tələb edib: “Həmin vaxt aramızda yaranmış mübahisə zamanı Ramil ünvanıma nalayiq söyüş söydü. Ramilə təkrar söyüş söysə onu vuracağım barədə xəbərdarlıq etdim. Ramil təkrar olaraq ünvanıma nalayiq söyüş söydü. Mən əsəb xəstəsi olduğum üçün hirsləndim və avtoyuma məntəqəsində qoyduğum mətbəx bıçağını götürərək avtoyuma məntəqəsinin qarşısında dayanmış Ramilin qarın boşluğuna bir dəfə vurdum. Ramili ikinci dəfə bıçaqla vurmamışam, hərəkətlərimi dayandırmışam. Bu zaman avtoyuma məntəqəsində olan tanımadığım şəxslər əlimi tutaraq arxaya qatladılar, əlimdən bıçağı aldılar. Dava-dalaş zamanı Ramil yerdə olan boş pivə çəlləyini mənə tullayıb. Pivə çəlləyi başımın sağ nahiyəsinə dəydi, başımdan xəsarət aldım”. 

İş üzrə zərərçəkmiş Ramilin sözlərinə görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, həmkəndlisi Natiqə məxsus “Qədim şəhər” restoranında təxminən üç ildən artıqdır inzibatçı vəzifəsində işləyib: “Natiq Mikayılova məxsus qonşu obyekt “Avtoyuma” məntəqəsi kimi fəaliyyət göstərməklə həmin “avtoyuma” məntəqəsində yuyucu işləyən Əliəkbər ilə həmişə mehriban münasibətlərim olub. Obyektin sahibi Natiq Mikayılov hər iki obyektə nəzarəti mənə həvalə edib”. 

Zərərçəkmiş deyib ki, hadisədən əvvəl, 20 iyul 2022-ci ildə, səhər vaxtı Əliəkbərə avtoyuma məntəqəsində yuyulan maşınların siyahısını aparmasını deyib: “Bu barədə Əliəkbərə tapşırıq verdim, o da etiraz etmədi. Səhər vaxtı, təxminən saat 10 radələrində birlikdə çay içib söhbət etdik. Saat təxminən 14 radələrində bazardan gəldim. Sağ əlimdə içində pomidor olan salafan paket olub, sol əlimi pivə gətirən Rahibin çiyninə qoyaraq işlədiyim “Qədim şəhər” restoranının qarşısında onunla söhbət etdim. Bu zaman Əliəkbər mənə yaxınlaşdı və əlini qarnıma tərəf itələdi. Əlikbərin mənimlə zarafat elədiyini zənn etdim. Onun əlində bıçaq olduğunu həmin vaxt görmədim. Həmin vaxt yanımda dayanmış pivə gətirən Rahib Əliəkbərin məni vurduğunu söylədi. Qarın nahiyəmnə baxdıqda xəsarət aldığımı gördüm. Əliəkbər əlində bıçaqla yenidən hücum etdi, məni vurmaq istədikdə içində pomidor olan salafan paketi onun sifətinə çırpdım, mənə yaxınlaşmasının qarşısını aldım. Əliəkbər yenidən üstümə gəlmək istədikdə yerdə olan boş pivə çəlləyini ona tərəf ataraq özümü qorudum”. 

Zərərçəkmiş əlavə edib ki, hadisə yerində olan Rahib və hadisə yerinə gələn qonşu obyektdə əmlakçı işləyən Ramin, restoranda aşbaz işləyən Anar Əliəkbəri tutub, əlindəki bıçağı alaraq kənara atıblar, onu hadisə yerindən kənarlaşdırıblar. Qeyd edib ki, daha sonra onu Binəqədi rayonunda yerləşən tibb mərkəzinə aparıblar. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əliəkbərin əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilib. Ona 1 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 10:15
Top