Qarabağda baş verən son hadisələrlə bağlı medianın da üzərinə böyük vəzifə düşür. Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlərə çağırış edib.
MEDİA media subyektləri və jurnalistləri dəqiqləşdirilməmiş informasiya yaymamağa, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırıb.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Demokrat.az-a açıqlamasında deyib ki, belə vəziyyətlərdə media subyekti və jurnalistdən jurnalistika fakültəsində öyrədilən elementar bilgilərə əməl etməsi tələb olunur:
“Yalnız rəsmi məlumatlardan istifadə etmək, şayiə yaymamaq, əhali arasında çaşqınlıq yaratmamaq, doğru-dürüst xəbərlər vermək. Bu, hər bir jurnalistin bilməli olduğu təməl qaydalarıdır.
Hətta hansısa eksklüziv xəbər olsa belə, hazırda keçirilən lokal antiterror tədbirlərinin gedişatına zərər verməməsi üçün indi yaymaq düzgün deyil. Sağlıq olsun, torpaqlarımızı düşməndən təmizləyərik, ondan sonra nə qədər xəbər yayırsınız, yayın”.
Törə Zeynallı
Demokrat.az