Rusiya ordusu ölkənin şimal-şərqində təlimlərə başladı

DÜNYA 18 sen 2023, 20:18
Rusiyanın şimal-şərqində “Finval-2023” adlı hərbi təlim başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən verilən açıqlamad təlimin Şimal dənizi yolunun qorunması və ordunun təkmilləşdirilməsi məqsədi daşıdığı qeyd edilib.

Həmçinin taktiki təlimin Berinq dənizində, Çukotka sahilləri və yarımadada keçirildiyi, təxminən 10 min hərbçinin iştirak etdiyi bildirilib.

Qeyd edək ki, təlimdə 50-dən çox hərbi texnika, o cümlədən gəmilər, sualtı qayıqlar, təyyarələr, vertolyotlar və sahil raket sistemlərindən istifadə olunacaq.

“Finval-2023” təliminin nə vaxt başa çatacağı ilə bağlı məlumat verilməyib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top