6 terrorçu zərərsizləşdirildi

DÜNYA 18 sen 2023, 19:43
Suriyanın Fərat Qalxanı bölgəsində hücuma hazırlaşan 6 PKK terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, bölgədə tək məqsədi qan tökmək olan terrorçularla mübarizə davam etdirilir:

"Sözügedən terrorçulara layiq olduqları cavabı verməyə davam edirik. Son əməliyyatlar nəticəsində Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsinə təşkil edilən hücumun qarşısı alınıb. Ordumuzun uğurlu əməliyyatı ilə daha 6 terroçu zərərsizləşdirilib".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top