Orta məktəbdə silahlı atışma — Ölən və yaralananlar var

KRİMİNAL 13 sentyabr 2023, 15:52
ABŞ-ın Luiziana ştatında orta məktəbdə silahlı atışma nəticəsində bir nəfər şagird ölüb.

Demokrat.az
xəbər verir ki, hadisə bölgədə yerləşən özəl Helena Kollecində baş verib.

Hücumda 1 şagird həyatını itirib, yaralanan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Polis rəsmiləri hücumçunun saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, 2023-cü ildə ABŞ-da 11 mindən çox silahlı hücumda 25 mindən çox insan həyatını itirib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top