Mağarada qalan amerikalı alpinist xilas edildi

DÜNYA 12 sen 2023, 12:02
Türkiyənin Mersin vilayətində mağarada qalan amerikalı alpinist Mark Dikki xilas edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Məlumata görə, alpinist sentyabrın 3-də kəşfiyyat üçün Morka mağarasına enib və təxminən 1276 metr dərinlikdə mədə qanaması keçirərək orada qalıb.

9 gün davam edən əməliyyat zamanı Mark Dikkiyə mağarada ilk yardım göstərilib və müalicəsinə başlanılıb.

Alpinist uzun müddət sonra həkimlərin icazəsi ilə mağaradan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hazırda onun müalicəsi davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top