Hindistana alternativ: Bu ölkələrdən düyü idxal edə bilərik — AÇIQLAMA

GÜNDƏM 11 sen 2023, 11:02
“Hindistanın düyü ixracını məhdudlaşdırması hələ o anlama gəlmir ki, Azərbaycanda düyünün qiyməti artacaq”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Məhəmməd Talıblı deyib. 

O qeyd edib ki, Azərbaycanda  düyüyə olan illik tələbat təqribən 40-50 min ton civarındadır:

“Bunun kiçik bir hissəsini – 15-20 faizini yerli istehsal hesabına təmin edirik. Düyüdən idxal asılılığımız 80-85 faiz arasında dəyişir. Ona görə dünya bazarında düyü ilə bağlı hansısa qiymət və ya qeyri-qiymət dəyişikliyi ölkə bazarına təsirsiz ötüşmür”.

Ekspert bildirib ki, xüsusilə Lənkəran – Astara bölgəsində düyü istahsal olunur:

“Hindistanı əvəz edən İran bazarı var. Həmçinin Orta Asiya ölkələrindən - Özbəkistan və Qazaxıstandan da idxal imkanımız var. Rusiya və Pakistan bazarları da var. Ona görə də hesab etmirəm ki, Hindistanın idxal embarqosu ölkəmizin daxili bazarında düyünün qiymətinin artmasına şərait yaradacaq. Belə bir gözləntimizin olması doğru olmazdı”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top