Dünya

İsrail qüvvələrinin hücumu nəticəsində 11 fələstinli yaralandı

İsrail qüvvələrinin hücumu nəticəsində 11 fələstinli yaralandı

Hər həftə olduğu kimi, fələstinlilər cümə namazından sonra İsrailin qeyri-qanuni yəhudi məskunlaşma fəaliyyətlərinə etiraz ediblər.

Demokrat.az xəbər verir ki, nümayişlər Kefr Kaddum ərazisində baş verib.

İsrail qüvvələri, fələstinlilərə güllə və gözyaşardıcı qaz qumbaralarından istifadə edərək onları dağıtmağa çalışıb.

Müdaxilə nəticəsində 11 fələstinli yaralanıb, onlarla insan gözyaşardıcı qazdan təsirlənib.

Qeyd edək ki, zərərçəkənlər sırasına fələstinli jurnalistlər də daxildir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova