“Ermənilər ya bu ölkənin qanunlarını qəbul etməli ya da...”

GÜNDƏM 11 avq 2023, 18:59
Fransanın bir sıra şəhər və regionlarında Qarabağdakı ermənilərə göndərmək üçün humanitar yardım adı altında yüklər toplanıb.

Qərbi Azərbaycan İcması Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb.

“Ermənilərin niyyəti dünyanı dırnaqarası humanitar fəlakətə yönəltməkdir. Guya aclıqdan qırılırlar və guya bu, Azərbaycanın etnik təmizləmə siyasətinin bir hissəsidir. Azərbaycan beynəlxalq təzyiqlərin qarşısında dik duruş göstərə bilir, çünki onun davranışları beynəlxalq hüquqa uyğun legitim davranışdır”.


Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O bildirib ki, Qarabağ ölkənin daxili ərazisidir, ölkədəki bütün etnik qrupların ehtiyacı bütün vətəndaşlar kimi dövlət tərəfindən təmin olunur. 

“Qarabağ ermənilərini də təmin edəcəyimizi bildirmişik. Bununçün konkret yol göstərilib, imtina edən ermənilər özüdür. Necə ola bilər, həm aclıqdan ölürük, deyirlər, həm də onlara gələn qidanın başqa yolla gəlməsini tələb edirlər. Demək ki, burada siyasi niyyətlər gizlidir”. 

Politoloq qeyd edib ki, heç kim bu məsələdə Azərbaycana irad tuta bilməz. 

“Düşünürəm ki, Azərbaycan heç bir vəchlə Fransada, Amerika Birləşmiş Ştatlarında və digər ölkələrdə yaşayan erməni lobbisinin növbəti fırıldağına, pulla alınan avropalı siyasətçilərin istəyinə rəğmən onların dediklərini həyata keçirməyəcək. Ermənilər yaşadıqları ölkənin qanunlarını qəbul etməli ya da Qarabağı tərk etməlidirlər”.

Törə Zeynal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top