Bəzi müəssisələrdə işə gecikməyə görə işçinin əməkhaqqısından müəyyən məbləğ tutulur.Bu hal daha çox özəl şirkətlərdə yaşanır.
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu tutulmalar qanunsuzdur.
“Əmək və icra intizamının pozulmasına görə inzibati tənbeh tədbirlərinin tətbiq olunması qaydası Əmək Məcəlləsinin 186-cı maddəsində müəyyən olunub. Üzrlü səbəb olmadan işə gecikmək əmək və icra intizamının pozulması sayılır. Bu halda işçiyə xəbərdarlıq etmək olar. Bu, inzibati tənbeh tədbiri olmasa da təsir vasitəsidir. Həmçinin gecikmənin nəticəsində işə götürənə maddi ziyan dəyibsə, yəni Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində göstərilən hal baş veribsə, bu zaman inzibati tənbeh tədbiri tətbiq etmək olar. Bu tədbirlər töhmət, son xəbərdarlıq və şiddətli töhmət, Məcəllənin 72-ci maddəsinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsi şəklindədir”.
Hüquqşünas qeyd edib ki, hər gecikməyə görə inzibati tənbeh tədbiri görmək də düzgün deyil:

“İşə götürən əsaslandırmalıdır ki, bu gecikmə ona maddi ziyan vurub və buna adekvat tədbir növü tətbiq etməlidir. Və ya sadəcə xəbərdarlıqla kifayətlənməlidir. Əməkhaqqından cərimə şəklində pul tutulması qanunda nəzərdə tutulmayıb. Yalnız kollektiv müqavilə bağlanarsa, burada əlavə mükafatlandırma və tənbeh tədbirləri, o cümlədən, əməkhaqqının 25 faizindən çox olmayaraq cərimə nəzərdə tutularsa, mümkün ola bilər. Əks halda qanunsuzdur”.
Törə Zeynallı
Demokrat.az