DTX əməliyyatı: Azərbaycanda terrorçu saxlanıldı — VİDEO

HADİSƏ 11 avq 2023, 14:51
Azərbaycan vətəndaşlığından məhrum edilən terrorçu Zülfüqarov Kamran Azər oğlu qeyri-leqal yolla ölkə ərazisinə keçib.

Xezerxeber.az xəbər verir ki, terrorçunun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra həmin şəxs saxlanılıb. Kamran Zülfüqarovun daxil olduğu cinayətkar dəstənin üzvləri, qarşi tərəfdə vahimə yaratmaq üçün ələ keçirdikləri şəxslərin başlarini kəsərək, nümayiş etdiriblər.

Onun Azərbaycanda gizləndiyi yer və saxlanılması barədə eksklüziv məlumatlar bu gün axşam saat 21:00-da "Xəzər Xəbər"in xüsusi buraxılışında təqdim ediləcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top