Xəbər verdiyimiz kimi avqustun 9-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayıb.
Proses "mektebeqebul.edu.az" elektron sistemi üzərindən həyata keçiriləcək.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-də, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 15-də aktiv ediləcək.
Məktəbəqədər hazırlığın önəmi barədə Demokrat.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, bu sistem demək olar ki, əksər inkişaf etmiş ölkələrdə var.
Ekspert məktəbə qədərki təhsilin önəmindən danışıb:
“Uşaqlar məktəbə gedənə qədər həm müəyyən biliklərə yiyələnir, həm də yaşıdları ilə birgə mühitdə olmağa uyğunlaşırlar. Müxtəlif bacarıqlar – sadə hesab, musiqi, rəqs, xarici dil bacarıqlarına yiyələnmək məktəbə qədərki təhsildə daha effektiv olur. Çünki burada uşaqlar əylənərək öyrənir, onlara daha sərbəst yanaşılır”.
Ekspert qeyd edib ki, bu yolla uşaqlar həm gələcək müəllimlərini tanımış olur, həm də məktəb, sinif atmosferini duymuş olurlar:
“Yaxın illərdə təhsil strategiyasında bu metodun 100 faiz təmin edilməsi nəzərdə tutulur. Hazırda ölkədə 1-ci sinfə gedən şagirdlərin təxminən 50 faizi məktəbəqədər hazırlıqda iştirak edir. Bəzi yerlərdə məktəblərin şəraitindən dolayı və kadr çatışmazlığı səbəbindən problemlər yaşana bilər, lakin əksər yerlərdə şagirdlər hazırlığa cəlb edilir”.
E.Süleymanov əlavə edib ki, məktəbəqədər hazırlıq həm də uşaqları zərərli vərdişlərdən uzaq tutur:
“Azyaşlılar məktəbə hazırlığa getməklə evdə müəyyən qədər də olsa telefon, planşet aludəçiliyindən qurtulmuş olurlar. Valideynləri də bu məqam məmnun edir. Uşaqlar bu yolla ən məhsuldar yaşlarını faydalı məşğuliyyətlərlə keçirirlər”.
Törə Zeynallı
Demokrat.az