Daha bir marşrut xətti avtobusları YENİLƏYİR

SOSİAL 20 iyul 2025, 16:52
26 nömrəli marşrutun avtobusları yenilənir.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, Binəqədi rayonunun Həmzə Babaşov küçəsi ilə Nərimanov rayonunun Vladimir Mayakovski küçəsini birləşdirən marşruta 2025-ci il Çin istehsalı olan 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.

Məlumata görə, yaxın aylarda marşrutdakı digər avtobuslar da yenilənəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 iyul 2025, 20:45
20 iyul 2025, 17:36
Top