Rusiya ordusuna məxsus Ka-52 helikopteri Ukrayna ordusu tərəfindən zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna qoşunlarının Tavriya qruplaşmasının komandiri general Aleksandr Tarnavski bildirib.
O qeyd edib ki, helikopter Rabotino kəndi yaxınlığında 47-ci briqadanın əsgərləri tərəfindən portativ zenit-raket sistemi ilə məhv edilib.
Rusiya hakimiyyətinə yaxın bir sıra hərbi teleqram kanalları helikopterin vurulduğunu təsdiqləyib.
Xatırladaq ki, Rusiya ordusu müharibə başlayandan bəri 133 ən müasir Ka-52 helikopterindən 35-ni itirib.