Türkiyə sahillərində güclü partlayış: Yaralılar var — VİDEO

HADİSƏ 07 avq 2023, 17:10
Türkiyənin Kocaeli vilayətinin Derince bölgəsində güclü partlayış olub.

Demokrat.az
xəbər verir ki, günorta saatlarında bölgənin sahilə yaxın hissəsində partlayış səsi eşidilib.

Hadisənin Torpaq Məhsulları Ofisinin siloslarının yerləşdiyi ərazidə baş verdiyi bildirilir. Partlayışın səbəbi məlum deyil, ərazidə tüstü və toz buludu müşahidə edilir. Yerli KİV bildirir ki, partlayış gəmiyə taxıl yükləyən zaman baş verib.

Bölgəyə xilasetmə, tibb və polis işçiləri göndərilib.

İlkin məlumata görə, partlayış zamanı 4 nəfər yaralanıb. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top